Rusiyadan miqrantların çıxarılma qaydası dəyişib
02 Yanvar 2012 Bazar Ertəsi 11:32
Rusiyada 15 milyona qədər qanunsuz miqrant olduğu ehtimal edilir.
Rusiyada qüvvəyə minmiş yeni qanuna görə miqrantların ölkədən çıxarılması qaydası dəyişib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu ilin əvvəlindən qüvvəyə minən yeni qanun Federasiya Şurası tərəfindən noyabrın 29-da qəbul edilib.

Yeni qanuna görə, Rusiya ərazisindən miqrantların çıxarılması ilə polislər yox, məhkəmə pristavları məşğul olacaqlar. Bunun üçün iyula qədər ölkə ərazisində xüsusi təcridxanalar tikiləcək və qeyri-leqal müqrantlar pristavlar tərəfindən sərhədə qədər ötrülənə qədər orada saxlanacaq.
Yeni qaydalara görə, Rusiyada qeyri-leqal miqrantlara qarşı münasibət bir qədər yumşaldılıb və onlar beş gün ərziində ölkəni könüllü tərk etmək imkanı yaradılıb. Yalnız bundan sonra miqrant təcridxanaya salına bilər.

Keçən il Rusiyadan 18 min qeyri-leqal miqrant çıxarılıb. Təxmini məlumatlara görə, Rusiyada 15 milyona qədər qanunsuz miqrant var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar