Rusiyadan homoseksuallara daha bir zərbə
26 Avqust 2013 Bazar Ertəsi 20:41
Artıq bu barədə Dövlət Dumasında təşəbbüs qaldırılıb.
Peterburq Dumasının deputatı Vitali Milonov jurnalist Dmitri Kiselyovun homoseksullara qarşı yönəlmiş bəyanatını dəstəkləyib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Dmitri Kiselyov məşhur qalmaqallı bəyanatında homoseksualların qan donoru olmasının qadağan edilməsini təklif edib.
Milonov bununla bağlı bildirib: “Əlbəttə, mən bunu dəstəkləyirəm. Bu, tibbə yardım edər. Homoseksuallara baxın, hamısı QİÇS xəstəsidir”. Rusiya Dövlət Dumasında da homoseksuallara donorluğun qadağan edilməsi barədə təşəbbüs qaldırılıb. Dövlət Dumasının elm və elm tutarlı texnologiyalar üzrə komitəsinin sədr müavini Mixail Deqtyarev bildirib ki, donorluq qadağan edilən qruplar sırasına homoseksuallar da salına bilər.
DOSTLARINLA PAYLAŞ: