Rusiyadan Gürcüstana ağır ittiham
15 Yanvar 2010 Cümə 02:50
“Gürcüstandakı hərbi bazalarda Rusiya ərazisində terror aktlarına hazırlıq görülür”
“Gürcüstan ərazisindəki hərbi bazalarda əcnəbi təlimatçılar Rusiyada terror aktlarının həyata keçirilməsi üçün terrorçu hazırlayırlar”. Bu bəyanatla Rusiya daxili işlər nazirinin müavini Arkadi Yedelev çıxış edib.
Nazir müavinin sözlərinə görə, Gürcüstanda hazırlanan terrorçular Şimali Osetiya, İnquşetiya, Dağıstan, Çeçenistan, Kabirdin-Balkar, Qaraçay-Çerkes bölgələrində vəziyyəti gərginləşdirməyi planlalaşdırırlar. O, Şimali Osetiyada keçirilən müşavirədə hüquq-mühafizə orqanlarını diqqətli olmağa çağırıb. Nazir müavini tövsiyyə edib ki, radikal ideyaları təbliğ edən dini birləşmələrin artan fəallığına ciddi şəkildə nəzarət edilsin. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: