Rusiyadan gələn ermənilər səhrada qaldılar
27 Mart 2014 Cümə Axşamı 16:13
Ermənistana gedən sərnişin avtobusu Kazbek rayonu ərazisində, kimsəsiz səhrada xarab olub
Rusiyadan Ermənistana gedən sərnişin avtobusu Kazbek rayonu ərazisində, kimsəsiz səhrada xarab olub. ANS PRESS-in “NEWS.am” saytına istinadən verdiyi məlumata görə, “Anuş-trans-tur” şirkətinə məxsus avtobus gecəyarısı yolda hərəkət edərkən xarab olub.

Avtobusda olan 80 sərnişin köməksiz vəziyyətdə qalıblar. Spartak Karapetyan adlı sərnişin bildirib ki, ilk öncə sərnişinlər elə biliblər ki, avtobus xarab olandan saat sonra yeni maşın gələcək. Lakin avtobusun xarab olmasından 12 saat keçməsinə baxmayaraq, onlara heç bir kömək gəlməyib. Köməksizqalan sərnişinlərin içməli suyu da, yeməyi də qurtarıb.

Yalnız 12 saatdan sonra “Anuş-trans-tur” şirkətindən hadisə yerinə əlavə avtobus gəlib. Sərnişinlər panika içində Ermənistana gəliblər.

Bu barədə jurnalistlər “Anuş-trans-tur” şirkətindən münasibət öyrənmək istədikdə isə maraqlı cavabla qarşılaşıblar.

“Tutaq ki avtobus xarab olub. Burada nə var ki? Yazmağa heç nə yoxdu? Gedin özünüzə iş axtarın”, - deyə şirkətdən bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar