Rusiyadan Ermənistana qaz ötürülməsi dayandırılıb
29 Aprel 2010 Cümə Axşamı 02:15
Gürcüstandakı sürüşmə Ermənistana Rusiya qazının nəql olunduğu kəmərin bir hissəsini sıradan çıxarıb.
Gürcüstanın Rusiya ilə sərhədindəki Kazbeqi rayonun baş vermiş sürüşmə nəticəsində Ermənistana Rusiya qazının nəql olunduğu magistral qaz kəmərinin bir hissəsi sıradan çıxıb. Bu barədə məlumatı jurnalistlərə Gürcüstan Neft və Qaz Korporasiyasının rəşbəri deyib.
Onun sözlərinə görə, sürüşmə Kazbeqi rayonunun Kobi və Qudauri kəndləri arasında baş verib. Qaz kəmərinin bir hissəsi sıradan çıxdığından Ermənistana qaz nəqli dayandırılıb. Hadisə yerində təmir qrupları işləyir. Təmir işlərinin sürətləndirilməsi üçün qəza yerinə əlavə texnika və mütəxəssislər göndərilib.
Korporasiya nümayəndələri bildiriblər ki, qaz kəmərinin bərpa edilməsi 2-3 gün çəkəcək. Onların sözlərinə görə, qaz nəqlinin bir neçə günlüyə dayandırılması Ermənistan üçün problem yaratmayacaq: “Ermənistanda ölkəni bir ay qazla təmin etməyə imkan verən qaz anbarı var. Gürcüstanın qaz təchizatı isə artıq üç ildir yalnız Azərbaycandan nəql olunan qaz hesabına təmin olunur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: