Rusiyadan axan pullar
22 Yanvar 2013 Çərşənbə Axşamı 22:09
Ermənistana bu ölkədən 877 milyon dollar pul köçürülüb.
Ötən ilin 9 ayı ərzində Rusiyadan MDB ölkələrinə 13.611 milyard dollar pul köçürülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 12 faiz çoxdur. Bu barədə Rusiya Mərkəzi Bankı statistik məlumatlar açıqlayıb.
Məlumata görə, bu müddət ərzində Rusiyadan Ermənistana 877 milyon dollar pul köçürməsi edilib.
Rusiyadan ən çox pul köçürülən ölkə isə Özbəkistan olub. Belə ki, bu ölkəyə 4.36 milyard dollar vəsait ötürülüb. Bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Özbəkistandan sonra Tacikistan gəlir. Bu ölkəyə 11 ay ərzində Rusiyadan 2.266 milyard dollar pul köçürülüb. Bu da 13 faiz artım deməkdir. Üçüncü yerdə bu siyahıda Ukraynadır. Bu ölkəyə Rusiyadan 2.242 milyard dollar pul köçürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0.4 faiz azalma deməkdir.
2012-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Moldovaya 1.268 milyard dollar, Qırğızıstana 1.165 milyard dollar, Azərbaycana 735 milyon dollar, Belarusa 480 milyon dollar, Qazaxıstana 200 milyon dollar, Türkmənistana isə 17 milyon dollar pul göndərilib.
DOSTLARINLA PAYLAŞ: