Rusiyadan 19 milyard dollar pul çıxarıblar
19 Sentyabr 2013 Cümə Axşamı 10:59
Bu gün Rusiyada 15 milyona yaxın miqrant yaşayır.
Rusiyada çalışan migrantların son bir il ərzində ölkələrinə 19 milyard dollar pul göndərdikləri bildirilib. ANS PRESS-in Rusiya müxbirinin verdiyi məlumata görə, Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu rəqəmin çox da qorxuducu olmadığını deyib. Rusiyadakı əmək gücünün böyük bir hissəsinin miqrantlardan ibarət olduğuna diqqət çəkən rus nazir xüsusiylə inşaat sektorunda bunun aşkar olduğunu deyib.
Rusiyada miqrasiya ilə bağlı başlıca problemin miqrantların ölkə içində bir yerdən başqa bir yerə göndərilməsi sisteminin çox ləng çalışması olduğunu deyən Ulyukayev hələ də ölkədə əmək münasibətlərinin tam olaraq tənzimlənmədiyini, işçilərin bir yerdən başqa yerə göndərilməsinin maliyələşdirilmədiyini etiraf edib.
Aleksey Ulyukayevin sözlərinə görə, başqa önəmli bir problem isə iş verənlərin miqrantları kölə kimi çalışdırmaq arzusu və bunun nəticəsində də iş şərtlərinin yaxşılaşdırılması prosesinin ləngidiyini deyib.
Qeyd edək ki, Rusiyada 15 milyona yaxın miqrant yaşayır.
DOSTLARINLA PAYLAŞ: