Rusiyadakı seçkilərdə hakim partiya qalib gəlir
04 Dekabr 2011 Bazar 23:49
Dmitri Medvedev və Vladimir Putin bunu demokratiya və sabitliyi qələbəsi adlandırıblar.
Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasının altıncı çağırışına keçirilən seçkilərin yeni nəticələrini elan edib. ANS PRESS-in “Vesti” telekanalına istinadən verdiyi məlumata görə, saat 23.00-adək seçki məntəqələrinin protokollarının 26 faizə yaxını hesablanıb. Hesablanmış səslərin nəticələrinə görə, hakim “Yedinaya Rossiya” (Vahid Rusiya) partiyası 47,34 faiz səslə liderdir. İkinci yerdə 20,25 faiz səslə kommunistlərdir.
Bir qədər əvvəl Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin “Yedinaya Rossiya” partiyasının seçki qərargahında olublar. Onlar rusiyalıları demokratiyanın və sabitliyin qələbəsi münasibəti ilə təbrik ediblər.
DOSTLARINLA PAYLAŞ: