Rusiyada zəlzələ olub
02 Yanvar 2012 Bazar Ertəsi 16:16
Tuva Respublikasında 4.2 baıl gücündə zəlzələ baş verib.
Rusuyanın Tuva Muxtar Respublikasında zəlzələ baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin refional idarəsindən məlumatr verilib.

ANS PRESS-in “RBK”ya istinadən verdiyi məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 10:30-da Muxtar Respublikanın Kaa-Xemsk rayonunun Sarıq-Sep kəndindən 130 kilometr şimal-şəqrdə qeydə alınıb.

Məlumata görə, zəlzələnin gücü 4.2 bal təşkil edib, yaşayış yerlərində isə 2 bal gücündə hiss olunub. Dağıntılar və xəsarət alanlar haqqında məlumat verilmir.

Qeyd edək ki, yeni ilin ilk günüdə isə Tuvada 3 zəlzələ qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar