Rusiyada yoxsulluq sürətlə artır
09 Aprel 2014 Çərşənbə 19:10
Minimal əmək haqqı yaşayış minimumundan 33 faiz az olub və 147 dollar təşkil edib.
Rusiyada gəliri yaşayış minimumundan aşağı olan insanların sayı 2013-сü ildə 300 min artaraq 15,9 milyona çatıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya dövlət statistika komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ölkə əhalisinin 11,1 faizinə bərabərdir. 2012-сi ildə isə yoxsullar ölkə əhalisinin 10,9 faizini təşkil edib. Rusiyada istehlak səbətinin qiymətinə əsaslanaraq müəyyən edilən yaşayış minimumu 2013-сü ilin dördünсü rübündə 7326 rubl (207 dollar) olub. Əmək qabiliyyətli vətəndaş üçün bu, 7896 rubla (223 dollar), pensiyaçı üçün 6023 rubla (170 dollar), uşaq üçünsə 7021 rubl (198 dollar) olub.
Dördüncü rübdə Rusiyada adambaşına orta gəlir ayda 30,4 min rubl (860 dollar) olub ki, bu da yaşayış minimumunun 415 faizinə bərabərdir. 2013-сü ilin sonuna bu ölkədə pensiyanın orta ölçüsü 10,7 min rubl (302 dollar) olub.
Minimal əmək haqqı yaşayış minimumundan 33 faiz az olub və 5,2 min rubl (147 dollar) təşkil edib. Minimum ali məktəb stipendiyası yaşayış minimumunun 17 faizinə, yəni 1,3 min rubla (36 dollara), birinсi uşağa qulluq etməyə görə verilən müavinət isə yaşayış minimumunun 35 faizinə, yəni 2,5 min rubla (70 dollara) bərabərdir.
DOSTLARINLA PAYLAŞ: