Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi açıqlama verib.
Gələn il Rusiyada bir neçə yeni nəsil Radiolokasiya Stansiyasının tikintisi başlayacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, Aleksey Zolotuxin məlumat verib. Hazırda 3 qəsəbədə “Voronej” tipli RLS-lər fəaliyyətdədir. Zolotuxin gələn il raket hücumuna dair xəbərdarlıq sisteminin inkişafının davam edəcəyini söyləyib.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin icarə müddəti bu il bitir. Müddətin uzadılmasına dair isə Azərbaycan və Rusiya arasında hələki razılıq əldə olunmayıb.