Rusiyada yaşayan azərbaycanlı “donuz qripi”ndən ölüb
05 Dekabr 2009 Şənbə 13:15
Rusiyanın Saratov vilayəti Tatışev rayonunda yaşayan azərbaycanlı A/H1N1 virusundan (“donuz qripi”) ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən dünyasını dəyişən 1963-cü il təvəllüdlü Soltan Soltanov Azərbaycanın Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Onun 25 ildir Rusiyada yaşadığı, Saratov vilayətinin Tatışev rayonunda bizneslə məşğul olduğu bildirilib.

Mərhumun Zaqatala rayonunda yaşayan yaxınları APA-nın əməkdaşına bildiriblər ki, 3 gün əvvəl onun qəflətən temperaturu qalxıb. Həkimlər S. Soltanovun “donuz qripi”ndən öldüyünü bildiriblər.

Mərhum Rusiyada yaşadığı ərazidə dəfn edilib. Onun ailə üzvlərinin həkim nəzarət altında saxlandıqları bildirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar