Rusiyada “Yaponçik” kimi tanınan kriminal avtoritetə sui-qəsd olub
29 İyul 2009 Çərşənbə 00:30
Rusiyada “Yaponçik” kimi tanınan kriminal avtoritetə sui-qəsd olub. Vyaçeslav İvankov yaralanıb və xəstəxanaya yerləşdirilib

Moskvada “Yaponçik” kimi tanınan kriminal avtoritet Vyaçeslav İvankova qarşı sui-qəsd olub. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, ötən axşam Rusiya paytaxtının şimalında killer “Yaponçik”ə optik nişangahlı snayper tüfəngindən atəş açıb. Hadisə Moskvanın Xoroşevski şossesindəki 25 saylı ünvanda baş verib. Vyaçeslav İvankov həmin ünvandakı kafedə olub.
Yaxınlıqda dayanmış “Qazel” markalı avtomaşının arxasında gizlənərək, “Yaponçik”in qarın nahiyəsinə atəş açıb və qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı araşdıran əməliyyatçılar əmindirlər ki, Vyaçeslav İvankova qarşı sui-qəsd sifarişlidir. Hazırda milis əməkdaşları uzun müddətdir xaricdə yaşayan kriminal avtoritetin Rusiyaya gəlişinin səbəblərini də araşdırır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar