Rusiyada yanğın radiasiya təhlükəsi yaradıb
05 Avqust 2010 Cümə Axşamı 21:55
Çernobl qəzasında çirklənən zonada fəlakət baş verə bilər.
Rusiyada baş verən meşə yanğınları ciddi radiasiya təhlükəsi yaradıb. 1986-cı ildə Çernobl qəzasından sonra radiasiya təsirinə məruz qalmış Bryansk vilayətində baş verə biləcək meşə yanğınları yenidən radiasiya səviyyəsinin artması ehtimalını artırır.

Rusiya fövqəladə hallar naziri Sergey Şoyqunun sözlərinə görə, hazırda Bryansk vilayətində radioaktiv çirklənmənin güclü olduğu rayonlarda bir neçə laboratoriya fəaliyyət göstərir. Həmin ərazilərdə baş verə biləcək meşə yanğınları yeni çirklənmə zonasının yaranmasına səbəb ola bilər.

“Bir müddət öncə Bryansk vilayətində iki yanğın ocağı qeydə alınmışdı ki, biz iki saat müddətində alovun qarşısını ala bildik. Ümid edirik ki, bu vilayətdə yanğın baş verməyəcək”,-deyə Sergey Şoyqu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar