Rusiyada Tu-134 qəzasının qurbanlarının sayı 45-ə çatıb
22 İyun 2011 Çərşənbə 11:04
Kareliyada bu gündən 3 günlük matəm başlayıb.
Rusiyanın Petrozavodsk regionunun səmasında ötən gün baş vermiş təyyarə qəzasında ölənlərin sayı 45-ə çatıb. Yaralılar arasında olan 10 yaşlı oğlan gecə saatlarında xəstəxanada keçinib.
Kareliya respublikasında faciə qurbanlarının xatirəsinə bu gündən 3 günlük matəmdir. Petrozavodskda «Şəhər günü» ilə əlaqədar iyunun 22-dən 25-dək keçirilməsi planlaşdırılan bütün tədbirlər təxirə salınıb.
Qəzaya uğramış Tu-134 təyyarəsinin qalıqları altından bütün meyidlər çıxarılıb. Onlardan bəzilərinin şəxsiyyəti müəyyən edilib. Mütəxəsislər isə bu gündən təyyarənin Moskvaya gətirilmiş qara qutularını təhlil etməyə başlayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: