Rusiyada terror aktının qarşısı alınıb
22 Dekabr 2010 Çərşənbə 00:35
Milis əməkdaşlarının aşkarladığı partlayıcı kafelərdən birində partlamalıydı
Rusiyanın Oryol şəhərindəki mənzillərdən birində partlayıcı qurğu şazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Yerli hüquq-mühafizə orqanlarına məlumat verilib ki, 18 yaşlı gənc öz dostları ilə birlikdə partlayıcı qurğu hazırlmağı planlaşdırır. Əməliyyətçilər müəyyənləqdiriblər ki, əldəqayırma partlayıcı şəhərdəki kafelərdən birində partladılmalıymış.
Xüsusi təyinatlı milis dəstəsinin (OMON) yardımı ilə əldəqayırma bombanın hazırlanmalı olduğu evdə axtarış aparılıb. Oradan partlayıcı qurğu hazırlanması üçün komponentlər aşkarlanıb. Ev sahibi həsb edilib. Faktla bağlı cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: