Rusiyada SES-i partladanlar müəyyən edilib
22 İyul 2010 Cümə Axşamı 10:35
Rusiyada SES-i partladanlar müəyyən edilib. Hazırda onlar axtarışdadır.
Rusiya Federasiyası Kabardin-Balkar Respublikasında yerləşən Baksan Su Elektrik Stansiyasında dünən səhər saatlarında törədilən ard-arda 4 partlayışın icraçıları və təşkilatçıları müəyyən edilib. Rusiya mətbuatının məlumatına görə, onlar hazırda axtarışdadırlar.
Məlumata görə, bu gün ekspert qrupu SES-dəki təxribatın araşdırmasını müzakirə edəcək.
Qeyd edək ki, bu mühüm strateji obyektdə baş verən ilk belə təxribatdır.
Dünən Rusiya baş nazirinin energetika sahəsinə nəzarət edən müavini İqor Seçin stansiyada baş verən təxribatla əlaqədar olaraq operativ müşavirə keçirib. İclasın yekununda bütün enerji obyektlərində mühafizənin gücləndirilməsi barədə qərar qəbul olunub.
Hazırda Baksan SES-in fəaliyyəti dayandırılıb. Burada üç generator sıradan çıxıb. Partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: