Rusiyada sarı qar yağıb
24 Mart 2009 Çərşənbə Axşamı 11:35
Rusiyanın Sverdlovsk vilayətinin Mixaylovsk şəhəri ərazisində sarı qar yağıb.
APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumatına görə, şəhər sakinləri yerli Ekoloji Monitorinq və Nəzarət Mərkəzinə müraciət etdikdən sonra mütəxəssislər yağıntı ilə bağlı tədqiqat aparıblar.
«Qarla bağlı aparılan təhlilin nəticələri göstərib ki, yağıntının tərkibində olan marqanes, nikel, dəmir, xrom, sink və bəzi digər kimyəvi elementlər normadan xeyli artıqdır. Bu, qara və əlvan metallurgiya müəssisələrinin tullantılarına xas olan haldır,» - deyə Mərkəzdən bildirilib.
Ekoloqların fikrincə, qarın sarı olmasına həmçinin Xəzəryanı bölgələrdən əsən küləklərin gətirdiyi torpaq dənəcikləri də təsir göstərə bilərdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar