Rusiyada sabah milli matəmdir
08 İyul 2012 Bazar 17:01
Krasnodarda və Ukraynada həlak olanlar anılacaq.
Sabah Rusiyada milli matəmdir. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Krasnodar diyarında baş verən daşqınlarda çox sayda insanın tələf olması və Ukraynada qəza ilə bağlı iyulun 9-unu matəm elan edib.
Kubanda şənbə gecəsi baş vermiş daşqın 155 nəfərin həyatına son qoyub. Şənbə günü səhər həm də Ukraynada rusiyalı zəvvarları aparan avtobusun aşması nəticəsində 14 nəfər dünyasını dəyişib.
DOSTLARINLA PAYLAŞ: