Rusiyada rekord istilər
19 May 2014 Bazar Ertəsi 22:31
Petersburqda mayın 19-u üçün 1906-cı ildə qeydə alınmış rekord sındırılıb.
Mayın 19-da Rusiyanın hər iki paytaxtında ilin əvvəlində ən isti günlər qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Moskva vaxtı ilə saat 16:00-da termometrlər 29,2 dərəcəni göstərib. Amma 35 il əvvəl qeydə alınmış 30,2 dərəcə rekordu yenilənməyib.

Şimal paytaxtı Peterburqda isə saat 15:00-da termometrlər 30,4 dərəcəni göstərib və ilin həmin günü üçün rekord istilik qeydə alınıb. İndiyə qədər mayın 19-u üçün rekord 1906-cı ildə qeydə alınmış 29,3 dərəcə olub.

Həmin gün Rusiyanın Belqorod şəhərində 32,2 dərəcə, Kurskda 30,7 dərəcə istilik qeydə alınıb. Mayın 18-də isə Oryolda 31,6 dərəcə, Bryansk da 31,8 dərəcə, Tambovda 31,0 dərəcə, Kurskda 31,1 dərəcə və Voronejdə 32,2 dərəcə istilik qeydə alınıb. Və bütün bunlar bu şəhərlər üçün ilin həmin günləri üçün rekord istilik sayılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar