Rusiyada rayon rəhbəri qətlə yetirilib
29 Yanvar 2011 Şənbə 11:45
Rusiyada rayon rəhbəri qətlə yetirilib. O, 4 güllə yarası alıb.
Rusiyanın Kabarda-Balkar respublikasının Çeqem rayonunun rəhbəri Mixail Mambetov qətlə yetirilib. 4 güllə yarasi alan M.Mambetovu xəstəxanaya çatdırılsa da, onun həyatini xilas etmək mümkün olmayib. Naməlum şəxs ona arxadan atəş açıb. Hadisənin yeganə şahidi olan sürücü isə yüngül yaralanıb. Çeqem rayonunun istintaq şöbəsi faktla bağlı “qətl və qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açıb.

Qeyd edək ki, Mambetovun qətli onun faliyyəti ilə əlaqələndirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar