Rusiyada ölənlərin sayı 60 nəfərə çatıb
12 May 2010 Çərşənbə 11:15
Rusiyada ölənlərin sayı 60 nəfərə çatıb. Daha 30 nəfərin itgin düşdüyü bildirilir.
Rusiyanın “Raspadskaya” mədənində baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Öllkənin operativ qərargahından verilən məlumata görə, daha 30 fəhlənin taleyi naməlumdur.
“Xilasedicilər daha səkkiz cəsəd aşkar ediblər ki, nəticədə ölənlərin sayı 60-a çatıb. Daha 30 nəfərin taleyi barədə heç bir məlumat yoxdur”, - deyə qərargah nümayəndəsi bildirib.
Qeyd edək ki, əvvəllər ölənlərin sayının 52 olduğu bildirilirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: