Rusiyada öldürücü isti: 1 ayda 788 ölü
21 İyul 2010 Çərşənbə 22:25
Çimərliklərdə boğulanların sayı durmadan artır.
Rusiyanın paytaxtı Moskvada havaların rekord həddə isti keçməsi ilə yanaşı, iyul ayında bütün ölkə ərazisində sərinləmək üçün çimərliklərə üz tutanlardan 788 nəfər dünyasını dəyişib.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, iyul ayında ümümilkdə Rusiya ərazisində 800 nəfər boğularaq dünyasını dəyişib. Yalnız ötən bazar ertəsi 71 nəfərin boğulduğunu bildirən rəsmilər ölən şəxslərin əksəriyyətinin sərxoş vəziyyətdə suya girən şəxslər olduğunu bildiriblər.
Rusiya FHN-nin açıqladığı məlumatda ötən həftə 289 nəfərin, çimərlik mövsümü başladıqdan sonra isə 2 500 nəfərin həlak olduğu bildirilib.
Rəsmilərin açıqladığı məlumatda əhalinin sərinləmək üçün baş vurduğu göllərdə və çaylarda xilasedicilərin olmaması və bu sahədə çatışmazlığın olması da etiraf edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: