Rusiyada müsəlmanların lideri saxlanılıb
15 Yanvar 2010 Cümə 18:00
Onun üzərindən 35 min bəyan edilməmiş dollar tapılıb
Rusiyanın Asiya hissəsində yaşayan müsəlmanların Ruhani İdarəsinin sədri Nafiqulla Aşirov yanvarın 14-də “Domodedovo” hava limanında saxlanılıb. Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, milis əməkdaşları Moskva - Qahirə reysi üçün qeydiyyatdan keçərkən müftinin şəxsi əşyaları içərisindən 35 min bəyan edilməmiş dollar aşkar edib.
Mənbənin məlumatına görə, sözügedən valyuta aşkar edilməmişdən öncə Aşirov üzərində pul götürmədiyini bildirib. Müfti seminarda iştirak etmək üçün Livana uçduğunu və valyuta bəyannaməsinin nümayəndə heyətinin digər üzvlərində olduğunu bildirib.
Aşkar edilən dollarlar müsadirə edilib, müftiyə isə səfərini davam etdirmək icazəsi verilib.
Xatırladaq ki, Aşirov təkcə Rusiyanın Asiya hissəsində yaşayan müsəlmanların rəhbəri deyil, həmçinin Rusiya Müftilər İttifaqının həmsədridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: