Rusiyada motorlu qayıq qəzası olub
18 Oktyabr 2009 Bazar 02:10
Motorlu qayıq Kuban çayında elekrtik xəttlərinin dayağına çırpılıb
Rusiyanın Krasnodar diyarının Primosk-Axtarsk rayonundakı Kirpil limanı akvatoriyasında motorlu qayıq elektrik xəttlərinin dayağına çırpılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə bu gecə yerli vaxtla saat 23.22-də (Bakı vaxtı ilə 00.22) baş verib.
Hadisə nəticəsində 2 nəfər yerindəcə ölüb, 7 nəfər isə xəsarət alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar