Rusiyada miqrant sayı artıb
21 May 2014 Çərşənbə 19:21
3 ildə Rusiyaya gələn xaricilərin sayı 40% artıb.
Rusiyada 11 milyondan artıq xarici vətəndaş var və onların böyük hissəsi əmək fəaliyyəti ilə məşğuldur.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Dumasında çıxışı zamanı Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib.

Onun sözlərinə görə, əmək miqrantlarının təxminən 3,7 milyonu qanunsuz çalışanlardır. “Bu sayın 40%-i yaşı 17-29 arasında dəyişən gənclərdir. Bu gənclər rusca pis danışırlar və Rusiya cəmiyyətinə uyğunlaşmayıblar”, - deyə FMX rəhbəri vurğulayıb.

O bildirib ki, 2010-cu ildən 2013-cü ilə kimi Rusiyaya gələn xaricilərin sayı 40% artıb. Konstantin Romodanovskinin sözlərinə görə, Rusiya gələn xaricilərin 75%-i MDB ölkələrinin vətəndaşlarıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar