Rusiyada meteorit düşməsindən 400 nəfər xəsarət aldı
15 Fevral 2013 Cümə 13:18
Ural bölgəsinin 6 şəhərində dağıntılar qeydə alınıb
Rusiyanın Ural bölgəsində meteorit düşməsindən sonra tibbi yardım üçün müraciət edənlərin sayı artıq 400-ü ötüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralıların əksəriyyəti partlayış dalğasının təsiri ilə ətrafa səpələnmiş şüşə qırıqlarından xəsarət alıb. Xəsarət alanlardan 5-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Ural bölgəsinin 6 şəhərində dağıntılar qeydə alınıb. Çelyabinsk vilayətində sink zavodunun divarları və damı uçub.
Sverdlovsk, Kurqansk, Samara və Saratov vilayətlərində Daxili İşlər Nazirliyinin əməliyyat qərargahları yaradılıb. Burada meteorit düşməsinin vurduğu ziyanın monitorinqi aparılır.
Ural bölgəsinin əksər rayonlarında şəbəkə yüklənib və mobil telefon rabitəsi kəsilib. Mütəxəssislər yeni meteoritlərin düşməyəcəyini proqnozlaşdırırlar.
DOSTLARINLA PAYLAŞ: