Rusiyada meşə yanğınlarının sahəsi böyüyüb
24 Aprel 2011 Bazar 14:34
Yanğınların genişlənməsi üçün təhlükəli hava şəraiti proqnozlaşdırılıb.
Rusiyanın Sibir regionunda tuğyan edən meşə yanğınları daha da güclənib. 4 min 5 yüz 31 hektar ərazini cənginə alan 62 yanğın ocağı qeydə alınıb.
Tuva respublikası ərazisində iki böyük meşə yanğını tuğyan edir. Ancaq yaşayış məntəqələrinin təhlükə altında olmadığı bildirilir. Mütəxəsislər isə növbəti sutkalar yanğınların genişlənməsi üçün təhlükəli vəziyyətin yarana biləcəyini xəbərdarlıq ediblər.
Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğının əsas səbəbi yerli sakinlərin fəaliyyətidir.
Xatırladaq ki, ötən il Rusiyanın 22 regionunda tuğyan edən meşə yanğınları ciddi ziyan vurmuşdu. anspress
DOSTLARINLA PAYLAŞ: