Rusiyada məktəb şagirdi hicablı qız vəhşicəsinə döyülüb
08 Aprel 2010 Cümə Axşamı 02:35
Hadisə müsəlman qızın gələn telefon zənginə “Əssəlamu Aleykum” deyə cavab verməsindən sonra baş verib
Rusiyanın Saratov şəhərində hicablı müsəlman qız avtobus dayanacağında hücuma məruz qalıb. 8-ci sinif şagirdi olan Viktoriya Kadırova təhsil aldığı Milli Tatar Gimnaziyasına gedərkən dayanacaqda telefonu zəng çalıb. Viktoriyanın ənənəvi müsəlman salamlaşması - “Əssəlamu Aleykum” deyə telefona cavab verməsi, dayanacaqda gözləyən 2 nəfərin ona hücum etməsi ilə nəticələnib. Bu barədə məlumat verən Viktoriya Kadirovanın atası Sergey Kadırov bildirib ki, 23-24 yaşlarında olan iki kişi məktəbliyə yaxınlaşıb, onun hicabını başından çıxarıb və onu döyməyə başlayıb. Bundan başqa onlar xanımı təhqir edib və hədələyiblər. Ətrafda bir çox insanın olmasına baxmayaraq, heç kim zərərçəkmişə kömək etməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: