Rusiyada matəm elan olundu
05 Dekabr 2009 Şənbə 15:20
Rusiyada matəm elan olundu. Permdə ölənlərin sayı 112 nəfərə çatıb.
Rusiya prezidenti Dmitri Medvedev Permdə baş verən faciə ilə bağlı dekabrın 7-ni bütün ölkə ərazisində matəm günü elan edib. Perm vilayətində isə 3 günlük matəm elan olunub. Yerli hakimiyyət orqanları ölənlərin ailəsinə 100 min rubl ayrıldığını bildiriblər. Prezident Dmitri Medvedev də kömək üçün vəsaitə qənaət etməməyi tapşırıb.
Son məlumatlara görə, “Xromaya loşad” klub-restoranında yanğın nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb, 130 nəfər xəstəxanadadır. Kafedə pirotexnikanın partladığı güman edilir. Ölənlərin əksəriyyətinin dəm qazından xilas olmaq istəyən kütlə arasında yaranan basabasda ayaqlar altında qaldığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: