Rusiyada kriminal aləmdə bağlılığı olan erməni iş adamını güllələdilər
23 Noyabr 2011 Çərşənbə 01:12
David Terteryan evinin yaxınlığında qətlə yetirilib.
Rusiyanın Sankt-Peterburq şəhərində erməni iş adamı David Terteryan qətlə yetirilib. “İnterfaks” agentliyinin məlumatına görə, sahibkarı şəhərin Vıborq rayonunda güllələyiblər. Hadisə müşahidə kameraları ilə qeydə alınıb.

Fontanka.Ru saytının məlumatına görə, videoyazıda iş adamını güllələyənlərin iki nəfər olduğu görünür. Onlar David Terteryanı evinin yaxınlığında gözləyiblər. İş adamının maşını döngədə sürəti azaltdıqda sürücü istiqamətində üç dəfə atəş açılıb. Maşın sürətlə yeridən tərpəndikdən sonra isə dördüncü güllə atılıb. Dörd güllədən ikisini David Terteryana dəyib. Yaralı iş adamı tibbi yardım göstərilərkən ölüb.

KİV-in məlumatına görə, David Terteryan restoran sahibidir və eyni zamanda mebel istehsalı ilə məşğul olurmuş. O, kriminal dairələrdə yaxşı tanınır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar