Rusiyada keşişi öldürüb evini yandırdılar
19 Oktyabr 2013 Şənbə 20:17
Mərhumun ağaca çırpılmış şəxsi avtomobilinin baqajında tapıblar.
Rusiyanın Krasnodar diyarının Beloreçye rayonunda bu gün yerli keşişi öldürürək evini yandırıblar. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, mərhumun ağaca çırpılmış şəxsi avtomobilinin baqajında tapıblar.

Onun kəllə-beyin travmasından öldüyü müəyyən olunub. Bundan sonra onun evinin yandığı müşahidə edilib və yanğını söndürdükədn sonra alovda neft məhsullarının istifadə edildiyi ortaya çıxıb.

Polis hadisənin qonuşlar arasında münaqişə zəminində baş verdiyini ehtimal edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar