Rusiyada iş həftəsi artırılmayacaq
16 Dekabr 2010 Cümə Axşamı 12:05
Medvedev Sənayeçilər və Sahibkar İttifaqının arzularını puç elədi
Rusiyada iş həftəsi artırılmayacaq. Bunu həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, əmək qanunvericiliyinin müasirləşdirilməsi, onun standartlarının pisləşməsinə səbəb olmamalıdır.

D.Medvedev vurğulayıb ki, bir çox iş təklif edənlər nə qədər çalışsalar və bunu istəsələr də, Rusiya şəraitində daha uzunmüddətli iş həftəsinə keçmək ideyası müasir dövlətdə mümkün deyil.

Xatırladaq ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı Rusiya Federasiyasının Əmək Məcəlləsinə bir sıra düzəlişlər təklif edib və həftədə iş vaxtının 60 saata qədər artırılmasını istəyib. Həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə D. Medvedev Rusiyada əmək haqqının hələ də aşağı olduğunu vurğulayıb. O qeyd edib ki, ölkədə əmək haqqı istehlak səbətinin dəyəri ilə ölçülməlidir.

Onun sözlərinə görə, bir çox qonşu ölkələrə nisbətdə Rusiyada olduqca yüksək həyat tərzi qurulub: “Mən həmçinin inanmıram ki, Rusiyada əmək haqqı sərt olaraq əməyin əmsalı ilə bağlı olsun. Əlbəttə, yaxşı olardı ki, bu belə olsun. Amma biz hələ ki, ən yaxşı vəziyyətdə deyilik”


DOSTLARINLA PAYLAŞ:

oyunlar