Rusiyada ilk internet medrese açılıb
19 Sentyabr 2013 Cümə Axşamı 18:47
Rusiyada ilk internet medrese açılıb. “Bayt al-Hikma”nın elmi-maarifçilik fealiyyeti “Quran” ve “Sünne”ye esaslanır.
Tatarıstan Respublikasının Müsəlmanları İdarəsinin bir bölməsi olan “Hüzur” nəşriyyat evi bu günlərdə yeni layihəsini – “Beyt al-Hikma” (“Müdriklik evi”) internet-mədrəsəsini işə salıb.
ANS PRESS “Islam-Today.ru” portalına istinadən bildirir ki, layihənin elmi-maarifçilik fəaliyyəti “Quran” və “Sünnə”yə əsaslanır. “Beyt al-Hikma” internet-mədrəsəsinin əsas tematik istiqamətləri sırasına "Quran", "Sünnə", "İslam dini təlimi ", "İslam hüququ", "Tarix" və " Dillər" daxildir.
Layihənin işçi heyətinə Rusiya, Türkiyə, Misir, İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, Malayziya və başqa ölkələrdə ali təhsil almış peşəkarlar daxildir.
DOSTLARINLA PAYLAŞ: