Rusiyada göyərtəsində 49 nəfər olan təyyarə qəzaya uğradı
21 İyun 2011 Çərşənbə Axşamı 02:29
Rusiyada göyərtəsində 49 nəfər olan təyyarə qəzaya uğradı. Yerə çırpılan təyyarənin gövdəsi qopub, yanğın başlayıb.
Moskvadan Petrozavodska uçan və “Rusaero” şirkətinə məxsus olan Tu-134 təyyarəsi qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İrina Adrianova bildirib ki, təyyarə hala limanı 15 kilometr qalmış sərt eniş edib. Hadisə Rusiya vaxtı ilə saat 00.04-də (Bakı vaxtı ilə 02.04) baş verib. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 43 sərnişin və 5 heyət üzvü olub. Yerə çırpılma nəticəsində təyyarənin gövdəsi qopub, yanğın baş verib.

Hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin operativ qrupu işləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar