Rusiyada erməni killer yaxalanıb
26 Aprel 2011 Çərşənbə Axşamı 17:41
“Tiko” ləqəbi ilə tanınan muzdlu qatil qurbanlarının başından iki güllə vururmuş.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Volqoqrad vilayəti üzrə İdarəsinin əməkdaşları İnterpol tərəfindən Qərbi Avropada bir sıra qətllər törətməkdə şübhəli bilinərək axtarışda olan cinayətkarı yaxalayıb. İnterpolun yarım il bundan əvvəl izinə düşdüyü 42 yaşlı erməni mənşəli Tiqran Arutunyan Volqoqradda gizlənirmiş. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, erməni killer Federal Təhlükəsizlik Xidməti və vilayətin Daxili İşlər Baş İdarəsinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində ələ keçib.

FTX-nin Volqoqrad vilayəti üzrə İdarəsinin nümayəndəsi Natalya Qryaznova bildirib ki, bu xüsusi təhlükəli erməni cinayətkar qətllər törətdiyinə və insanlara ağır bədən xəsarətləri yetirdiyinə görə Belçika federal polisi tərəfindən axtarılırmış. Onun sözlərinə görə, saxlanılan erməni killer Qərbi Avropa ölkələrində fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvüdür.

Arutunyan dərhal həbs olunub və hazırda İstintaq Təcridxanasında saxlanılır, qatı cinayətkarın ekstradisiyası məsələsi nəzərdən keçirilir.

“Life News”un məlumatına görə, erməni Arutunyan cinayət aləmində “Tiko” ləqəbi ilə tanınan muzdlu qatil olub. Killerin dəsti xətti qurbanının başından iki güllə vurmaq imiş. Ermənistan mənşəli killer hələ 1996-cı ildə Volqoqradda törətdiyi cinayət hadisəsindən sonra diqqət mərkəzinə düşüb.

2002-ci ildə Arutunyan silahlı qarətə görə Almaniya polisi tərəfindən həbs olunub və təqribən 4 il bu ölkənin dustaqxanasında yatıb, daha sonra Rusiyaya təhvil verilib. Volqoqradda isə 1996-cı ildə törətdiyi qətlə görə məhkəmə ona 2 il şərti iş kəsib.

Daha sonra 2010-cu ildə Belçika polisi ölkə ərazisində törədilən qətldə əlinin olduğunu sübut edənədək erməni killer bir neçə il hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar