Rusiyada erməni ailəsi güllə-baran edilib
18 May 2011 Çərşənbə 16:32
Hadisə nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb
Ötən gecə Rusiyanın Tümendə kütləvi qətl törədilib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Kuybışev küçəsində yerləşən şəxsi evdə 4 nəfərdən ibarət erməni ailəsi qətlə yetirilib.
Öldürülənlər ev sahibəsi, onun əvvəllər məhkum edilmiş iki oğlu və onlardan birinin məşuqəsi olub. Öldürülənlərin hamısı 30-58 yaşlarında olan erməni mənşəli şəxslərdir. Ev sahibəsinin qızı və onun 8 yaşlı məktəbli nəvəsi xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən 7,62 ölçülü 15 giliz götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarının əsas versiyasına görə, qətl hadisəsi əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş iki qardaşın ticarət və kriminal fəaliyyəti ilə bağlıdır.
Cinayət işinin təhqiqatı zamanı milli və etnik zəmin motivlərini göstərən əlamətlər müəyyən edilməyib.
DOSTLARINLA PAYLAŞ: