Rusiyada Ərəb baharı davam edir"
25 Dekabr 2011 Bazar 17:32
Con Makkeyn dekabrın 24-də Moskvada keçirilən etiraz aksiyasına görə sevindiyini bildirib.
ABŞ-ın Respublikaçılar Partiyasının liderlərindən biri olan senator Con Makkeyn dekabrın 24-də Moskvada keçirilən etiraz aksiyasına görə sevinir. Qərb mətbuatının yazdığına görə, Saxarov meydanında baş tutan mitinq senatorun lap ürəyincə olub.

“Rusiyada “Ərəb baharı” davam edir”, - deyə Makkeyn vurğulayıb.

Mitinq iştirakçılarının sözlərinə görə, Moskvanın Saxarov meydanındakı aksiyada 100 min nəfər iştirak edib. Rusiya Daxili İşlər Nazirliyi isə iddia edir ki, meydana toplaşmış insanların sayı 30 mindən çox olmayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar