Rusiyada “donuz qripi”nə yoluxanların sayı 372 nəfərə çatıb
17 Sentyabr 2009 Cümə Axşamı 01:00
Gennadi Onişşenko: “Bütün dünyada H1N1 virusuna 286 mindən çox adam yoluxub”
Sentyabrın 16-da axşam saatlarına olan məlumata görə, Rusiyayada H1N1 qripinə 372 nəfər yoluxub. Məlumatı ölkənin baş sanitar həkimi Gennadi Onişşenko açıqlayıb. Onun sözlərinə görə, müşahidə dövründə 1055 nəfərdə kəskin respirator virus infeksiyası aşkarlanıb: “Onlardan 926 nəfər xəstəxanaya yerləşdirilib. 372 nəfərdə H1N1 virusu təsdiqlənib”. Qeyd edək ki, sentyabrın 9-dək Rusiyada 319 nəfərin “donuz qripi”nə yoluxduğu bildirilirdi.
Gennadi Onişşenko dünyada “donuz qripi” ilə bağlı vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, planetin 286 mindən çox sakini H1N1 virusuna yoluxub və 3700 nəfər xəstəlik nəticəsində ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar