Rusiyada dollar qadağan edilə bilər
28 Mart 2014 Cümə 22:29
Bu barədə Federasiya Şurasının büdcə və maliyyə bazarları komitəsinin başçısı Sergey Ryabuxin bildirib.
Rusiyanın Federasiya Şurasının büdcə və maliyyə bazarları komitəsinin başçısı Sergey Ryabuxin bildirib ki, ABŞ-ın sanksiyalarına cavab olaraq "Rusiyada dolların işlədilməsinə məhdudiyyətlər" qoymaq olar.

ANS PRESS-in məlumatına görə, senator deyib: "Niyə də yox? Cavab addımı kimi". Senator qeyd edib ki, Rusiyanın zəngin resursları var ki, onların bir qismini başqa ölkələrə ixrac edir, buna görə Rusiyaya qarşı bu hörmətsiz yanaşma anlaşılan deyil.

ABŞ hökuməti Rusiyanın Krımı özünə birləşdirməsinə cavab olaraq 20 rusiyalıya və "Rossiya" bankına qarşı sanksiyalar tətbiq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar