Rusiyada dələduz erməni deputata qarşı cinayət işi başlandı
07 Noyabr 2010 Bazar 04:05
Aşot Yegiazaryan yaxın tanışını aldatmaqda və pulunu mənimsəməkdə şübhəli bilinir.
Rusiya Dövlət Dumasının erməni deputatı Aşot Yegiazaryana qarşı cinayət işi qaldırılıb. Çərşənbə günü Rusiya parlamentinin aşağı palatası onun toxunulmazlıq hüququnu əlindən alıb. Erməni deputat xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir.
İstintaq müəyyən edib ki, o, 2002-2003-cü illərdə yaxın tanışı Mixail Ananyevə Moskvanın Rublyovsk şossesindəki ticarət kompleksinin və “Moskva” mehmanxanasının yenidən qurulmasının maliyyələşdirilməsində iştirak etsin. O, tanışına söz verib ki, qoyduğu sərmayə müqabilində həmin obyektlərdə pay sahibi olacaq. Lakin Aşot Yegiazaryan razılaşmaya əməl etməyib və Mixail Ananyevdən aldığı yarım milyard rublu mənimsəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: