Rusiyada dəhşət: 5 ölü, 4 yaralı
03 Fevral 2014 Bazar Ertəsi 12:03
Propan qazı balonunun partlaması nəticəsində başlayan yanğın 100 kvadrat metr ərazini əhatə edib.
Rusiyanın Vladimir vilayətində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 4 nəfər də yaralanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın NTV telekanalı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, partlayış yerli sənaye müəssisələrindən birində propan qazı balonunun partlaması nəticəsində baş verib. Nəticədə başlayan yanğın 100 kvadrat metr ərazini əhatə edib, binanın damını uçurub.
Partlayışla bağlı "odla ehtiyatsız davranma" maddəsi ilə cinayət işi açılıb.
DOSTLARINLA PAYLAŞ: