Rusiyada daha iki milis qətlə yetirilib
07 Avqust 2010 Şənbə 11:05
Hadisə Kabardin-Balkarda qeydə alınıb.
Bu gecə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan şəhərində iki milis əməkdaşı naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Yerli milis əməkdaşlarının məlumatına görə, qətlə yetirilənlərdən biri baş leytnant, digəri isə baş leytnant olub.
“Hadisə bu gecə baş verib. Baksan şəhərinin küçələrindən birində silahlı şəxslər maşından milis əməkdaşlarına atəş açıblar. Atəş açılan milis əməkdaşları baş leytnant və leytnant olub”.
Məlumata görə, milis əməkdaşlarından biri yerindəcə, digəri isə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Cinayətkarların axtarışına başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: