Rusiyada bombardmançı təyyarə partladı: 2 ölü
20 Oktyabr 2011 Cümə Axşamı 11:17
Su-24 eniş zolağından çıxaraq qəzaya uğrayıb.
Rusiya Federasiyasının (RF) Amur vilayətində bombardmançı Su-24 təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in RİA “Novosti” agentilyinə istinadən verdiyi məlumata görə, Su-24 təyyarəsi Ukrainka bazasının aerodromuna eniş edərkən eniş zolağından çıxaraq partlayıb. Hadisə nəticəsində təyyarədə olan hər iki ekipaj üzvü həlak olub.
RF Müdafiə Nazirliyinin məlumatına görə, bu günlərdə Uzaq Şərqdə dörd günlük komanda-qərargah təlimləri keçirilir. Təlimlərdə Tu-22M3 vəTu-95MC bombardmançı təyyarələri də iştirak edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: