Rusiyada bazar partladıldı
09 Sentyabr 2010 Cümə Axşamı 14:15
Rusiyada bazar partladıldı. Hadisə nəticəsində 8 nəfər həlak olub.
Bu gün səhər saat 11:22 radələrində Rusiyanın Vladiqafqaz vilayətində terror aktı törədilib. Rusiya mətbuatının məlumatına görə, "Yaşıl bazar" adlanan ərazidə güclü partlayış qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
İlkin məlumata görə, hadisəyə səbəb bomba quraşdırılan maşının partladılması olub.
"RİA Novosti"nin məlumatına görə, mütəxəssislər Vladiqafqazda başqa yerlərdə bomba qoyula biləcəyi faktını istisna etmirlər. Hazırda partlayış baş verən ərazidən insanlar evakuasiya edilib.
Bəzi mətbuat orqanları hadisədən sonra mobil rabitənin də fəaliyyətinin dayandığını bildirirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: