Rusiyada azərbaycanlı polisə rüşvət təklif edib
22 Oktyabr 2014 Çərşənbə 12:09
Rusiyanın İvanovka vilayətində müvəqqəti qeydiyyatda olan azərbaycanlı polisə rüşvət təklif edib.
ANS PRESS-in məlumatına görə, "Qazel" sürücüsü, 58 yaşlı Azərbaycan vətəndaşı Voronejdən Lipetskə gedərkən magistral yolda qaydanı pozub. Bunu görən yol polisi isə onu dərhal saxlayıb və azərbaycanlıdan sənədlərini təqdim etməyi tələb ediblər.
Usmansk rayonu ərazisində qarşı hərəkət zolağına çıxdığına görə, polis sürücüyə cərimə yazmaq istəyib. Qayda pozuntusuna görə sürücü 5 min rubl cərimələnməli idi. Bu cəriməni ödəmək istəməyən sürücü isə polisə başqa bir təklif verib. Azərbaycanlı bu qayda pozuntusuna görə üzrxahlıq edib və polisə 500 rubl rüşvət təklif edib.
Yol polisi isə sürücüyə iki protokol tərtib edib. Polis əməkdaşına rüşvət vermək cəhdinə və qayda pozuntusuna görə sürücü cərimə edilib.
Daha sonra həmin şəxs barəsində cinayət işi açılıb. Məhkəmə isə azərbaycanlı sürücüyə 15 min rubl cərimə kəsib.
DOSTLARINLA PAYLAŞ: