Rusiyada aralarında erməni olan saxta pul kəsən dəstə ifşa edilib
19 Dekabr 2012 Çərşənbə 14:14
Qrupun ayda 40 milyon rubldan artıq pul kəsdiyini müəyyən edilib.
Rusiyada saxta pul kəsən şəbəkə ifşa olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi aralarında Ermənistan vətəndaşının da olduğu qrupun ayda 40 milyon rubldan artıq pul kəsdiyini müəyyən edib.
Hüquq-mühafizə orqanlarına görə, əvvəllər Rusiya ərazisində istehsal olunmayan əskinazların Avropa İttifaqında istehsalının qarşısı alınıb. Saxta pul, demək olar ki, Rusiyanın bütün federal ərazilərində, həmçinin Belarusiya republikasında və Ukraynada da dövriyyədə olub. Puların bir hissəsinin Şimali Qafqazda ekstremist təşkilatların maliyələşdirilməsi üçün istifadə olunduğu bildirilir.
Dəstə üzvlərindən 7-si həbs olunub. Əməliyyatın birinci hissəsi iyuldan dekabra kimi Dağıstan Respublikası ərazisində aparılıb. 5 nəfər aktiv dəstə üzvü yaxalanıb və onlardan 3,5 milyon rubl saxta pul aşkar edilərək götürülüb.
Əməliyyatın ikinci hissəsi Moskva ətrafı rayonlarda aparılıb. Nəticədə 40 yaşlı erməni vətəndaşı və 29 yaşlı Dağıstan sakinindən 5000 rubl pul tapılıb. DİN-in verdiyi məlumata görə, saxta pullar Dağıstan ərazisindən Rusiya Federasiyasının müxtəlif əyalətlərinə gətirilirmiş.
Hüquq-mühafizə orqanları həbs etdikləri şəxslərin evlərində axtarış keçirərək oradan saxta pul kəsən dəzgahı da müsadirə ediblər.
DOSTLARINLA PAYLAŞ: