Rusiyada aksiyalara start verilib
18 Dekabr 2010 Şənbə 16:00
Sankt-Peterburq şəhərində milliyətçilərin çıxışları başlayıb
Rusiyanın Sankt-Peterburq şəhərində milliyətçilərin aksiyasına atart verilib. ANS PRESS-in “Vesti FM”ə istinadən verdiyi məlumata görə, Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburq şəhərinin “Qostinnıy Dvor” metrostansiyası ətrafında hazırda aksiya keçirilir. Orada 20-yə yaxın zirehli maşının növbə çəkdiyi bildirilir. Axşam saatlarında isə Senna meydanında müxtəlif millətlərin nümayəndələrinin toplaşacağı gözlənilir.

Aksiyanın keçirildiyi haqda məlumatlar naməlum şəxslər tərəfindən elektron poçt ünvanlarına çatdırılır. “Exo Moskvı” müxbirinin verdiyi məlumata görə isə Moskva şəhərində etnik zəmində münaqişələrin baş verəcəyi gözlənilən Manej meydanı Daxili İşlər Nazirliyinin əsgərləri və milis işçiləri tərəfindən mühasirəyə alınıb. Aksiyanın keçiriləcəyi ehtimal edilən yerdə rus gənclərindən ibarət iki dəstə qərarlaşıb. Milis işçilərinin Manej meydanında 3 qafqazlını saxladıqları bildirilir.

Xatırladaq ki, Moskvada gərgin vəziyyət dekabrın 11-də baş verən iğtişaşlardan sonra yaranıb. Həmin vaxt futbol fanatları və milliyətçilər Manej meydanına toplaşaraq “Spartak” klubunun azarkeşi Yeqor Sviridovu qətlə yetirməkdə şübhəli bilinən Kabardin-Balkar sakini olduğu ehtimal edilən şəxsin cəzalandırılmasını tələb ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar