Rusiyada "ABŞ – 911" xidmətinin analoqu yaradılacaq
29 Dekabr 2010 Çərşənbə 06:55
Artıq ölkə prezidenti Dmitri Medvedyev bu məqsədlə fərman imzalayıb
Rusiya prezidenti Dmitri Medvedyev ölkədə Amerika Birləşmiş Ştatları 911 xidmətinin analoqu olan vahid əməliyyat xidməti çağırış sisteminin yaradılması barədə fərman imzalayıb. Bunu Rusiya fövqəlada hallar naziri Sergey Şoyqu ilə görüşündə Dmitri Medvedyev deyib. Prezident həmçinin “112 sistemi” növbətçi dispetçer xidmətinin yaradılması məsələsini əlaqələndirməyi fövqəladə hallar nazirliyinə həvalə edib. Medvedevin sözlərinə görə yeni sistemin yaradılması ilə bağlı işlər 2012-ci ilin 31 dekabr tarixinə qədər başa çatmalıdır. Fövqəladə hallar naziri Sergey Şoyqu isə belə bir sistemin xidmətindən demək olar ki bütün Avropanın yararlandığını bildirib.

Qeyd edək ki, “112 sistemi” ekspremental olaraq artıq Kursk vilayəti eləcə də Tatarıstanda tətbiq edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar