Rusiyada 8 Azərbaycan vətəndaşı saxlanılıb
24 Yanvar 2011 Bazar Ertəsi 14:40
Onlar Sankt-Peterburq sakinləri ilə davada şübhəli bilinirlər.
Dünən Rusiyanın Lelinqrad vilayətinin Kirov rayonunun 1989-cu il təvəllüdlü sakininin ağır xəsarətlərlə xəstəxanaya daxil olmasından sonra milis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 8-i Azərbaycan vətəndaşı olmaqla təqribən 20 nəfər saxlanılıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, onlar travmatik silahdan da istifadə olunan davada iştirakda şübhəli bilinirlər.

Sankt-Peterburqun Daxili İşlər Baş İdarəsindən (DİBİ) verilən məlumata görə, xəstəxanaya gətirilən 21 yaşlı gəncin qarın və döş nahiyələrində deşilmiş-kəsilmiş yaralar aşkar edilib. DİBİ-dən bildirdiyinə görə, hadisə saat 19:30 radələrində (Bakı vaxtı ilə) Budapeşt küçəsi, 100/12 ünvanda qeydə alınıb.

Məlumata görə, yerli sakinlərlə azərbaycanlılar arasında münaqişə baş verib. Azərbaycan vətəndaşı yerli sakinlərdən birini yaralayandan sonra həmyerliləri ilə “VAZ 2109”a minərək hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin yerli sakinlər maşının qarşısını kəsərək, şüşələri sındırmağa və içəridəki şəxsi çıxarmağa çalışıblar. Hadisə yerinə gələn milis havaya atəş açaraq insidentin qarşısını alıb və maşının içidəki azərbaycanlını saxlayıb.

20 dəqiqədən sonra daha 7 azərbaycanlı saxlanılıb. Onların üzərindən travmatik silah və beysbol ağacı götürülüb.

“Bazar günü axşam aparılan operativ əməliyyat tədbirləri nəticəsində Peterburq sakinləri olan daha 12 nəfər saxlanılıb. Onlar milisə gətirilib. Hazırda faktla bağlı cinayət işinin açılması üzərində iş gedir. Hadisənin müxtəlif baş vermə versiyaları nəzərdən keçirilir”, - deyə DİBİ-dən bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar